Get Adobe Flash player

Akademiya haqqında

trophyfront

Avrasiya Akademiyası görkəmli elm və sənət adamlarının, mütəxəssislərin və intellektualların qeyri-hökumət qurumudur. Avrasiya Akademiyası elm adamlarının və yaradıcı sənətkarların birliyidir, qeyri-siyasi və gəlir güdməyən cəmiyyətidir.

Avrasiya Akademiyasının məqsədi elm, sənət və insan inkişafına xidmət edən sahələrdə tədqiqat və yaradıcılıq işlərinin aparılmasına kömək etmək, mövcud vəziyyəti təhlil etmək, hesabatlar və dəyərləndirmələr aparıb ictimaiyyətə təqdim etmək etməkdən ibarətdir. Avrasiya Akademiyası təbiət elmləri və texnologiya; humanitar və sosial elmlər; ədəbiyyat, incəsənət və musiqi kimi sahələri əhatə edir.

Yüksək nailiyyətləri müstəqil surətdə və obyektiv gerçəkliyə uyğun şəkildə dəyərləndirmək və şərəfləndirmək Avrasiya Akademiyasının əsas fəaliyyət sahələrindən biridir.

Avrasiya Akademiyası konfrans, simpozium, seminar və müxtəlif görüşlər təşkil etmək və nüfuzlu nəşrlər vasitəsilə dünya miqyaslı nailiyyətlərin müzakirəsini həyata keçirir, yeni ideyaların yaranmasına və yayılmasına təkan verir.

IMG_0112Avrasiya Akademiyasının üzvü seçilmək elm və sənət adamlarının qazanacağı yüksək şərəfdir. Ciddi elmi kəşflər etmiş, yüksək sənət əsərləri yaratmış, mütəxəssis kimi böyük uğurlar qazanmış insanlar Avrasiya Akademiyasının üzvü seçilə bilərlər. Yaşayan üzvlər 30 nəfərdən çox olmayacaq. Avrasiya Akademiyası öz xüsusi mükafatlarını və medallarını təsis edib layiq hesab etdiyi şəxsləri və qurumları təltif edir.

Avrasiya Akademiyası müəyyən sayda üzvlərdən ibarət Şura tərəfindən idarə olunur. Şuranın qərarları Akademiyanın nizamnaməsinə uyğun olaraq seçilən Prezident və Vitse-Prezidentlər tərəfindən xüsusi komitələr vasitəsilə həyata keçirilir. Akademiyanın nizamnaməsi qurucu üzvlər tərəfindən hazırlanıb təsdiq edilir.

Qurucu üzvlər: Halil İnalcıkLütfi ZadəMahmut Gazi YaşargilArif Məlikov, və Hamlet İsaxanlı.