Get Adobe Flash player

Fəaliyyət

  • 2012-ci ildə elm adamları və sənətçilər arasında yeni Akademiyanın yaradılması barəsində çoxlu sayda müzakirələr və məsləhətləşmələr həyata keçirildi.
  • Təsisçilərin tərkibi haqqında yekun qərar qəbul edildi.
  • Akademiyanın adı və prinsipləri haqqında fikir mübadiləsi və müzakirələr həyata keçirildi.
  • Akademiyanın üzvlərinə veriləcək mükafatların növü və forması haqqında ilkin müzakirələr edildi.
  • Müzakirələr həyata keçirildi və Akademiya medallarının elmin, texnologiyanın və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilməsi haqqında son qərar qəbul edildi.
  • Sonda Akademiyanın prinsipləri, ilkin qaydaları və prosedurları haqqında müzakirələr yekunlaşdırıldı.
  • Avrasiya Akademiyası elm və mədəniyyətin inkişafına kömək ictimai birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 1112-Q42-3103 qeydiyyat nömrəsi ilə 28 sentyabr 2012-ci il tarixində qeydiyyata alınıb.
  • 2013-ci ildə Martın 12-də  Ədliyyə nazirliyində yenicə rəsmi qeydiyyata alınmış Avrasiya Akademiyasının (Bakı, Azərbaycan Respublikası) şəhadətnaməsi və Dövlət reyestrindən çıxarış bu akademiyanın təsisçilərindən biri olan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təqdim olundu.
  • 2013-ci ildə Mayın 14-də Avrasiya Akademiyasının təsisçilərindən biri olan professor Hamlet İsaxanlı Bakıda yerləşən  Xəzər Universitetində Akademiyanın üzvlərinə təqdim olunacaq mükafat  dizaynı üçün elan olunacaq müsabiqəyə hazırlıqla bağlı görüş keçirdi. Mükafatın dizayn məsələsi hərtərəfli müzakirə edildikdən sonra iştirakçılar may ayının sonuna kimi elm və incəsənətdə məşhur olan tarixi və tanınmış fiqurlar əks olunmaqla beş medalın və mükafatın ən yaxşı eskizinin hazırlanması üçün müsabiqə elan edilməsi haqqında qərar qəbul etdilər.
  • Müsabiqə 2013-cü il 1 iyundan- 2013 cü il 15 sentyabra qədər çəkdi.
  • Keçirilmiş avrasiya hədiyyə kuboku eskiz və maket variantında təqdim edilmiş,müsabiqənin qalibi Afaq Kərimovadır. A.Kərimova  1985-ci ildən xalçaçı rəssam kimi əmək fəaliyyətinə başlamış,1995-ci  ilədək  Azərxalça İ.B.də baş rəssam,2004-cü ilədək AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində baş rəssam,şöbə müdiri  vəzifələrində çalışmışdır. 50-dən çox əsəri Azərbaycanın Dövlət muzeylərində, Dünya muzeylərində,ABŞ,Fransa,Türkiyə,İspaniya və şəxsi kolleksiyalarda saxlanılır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Xəzər Universitetində müəllimə və xalça muzeyinin müdiri kimi çalışır.
  • Nailəxanım İsayevə və dərzi Mətanət Əsgərova Akademiyanın üzvləri üçün mərasim geyimlərini dizayn etdilər. Onlar öz planlarını 2013-cü il ərzində həyata keçirdilər.
  • 2014 və 2015-ci illərdə mükafat və medalların hazırlanması haqqında hərtərəfli planlar hazırlandı.
  • 2015-ci ilin sentyabr ayında mükafat və medallar hazırlandı və Avrasiya Akademiyasının Açılış Mərasimi planlaşdırılır.
  • 2015-ci ilin sentyabr ayında mükafat və medallar hazırlandı və Avrasiya Akademiyasının Açılış Mərasimi planlaşdırılır.
  • Avrasiya Akademiyasının rəsmi açılış mərasimi və “Avrasiya Əfsanəsi” mükafat mərasimi 2016-cı ildə 29 yanvarda keçirildi. Professor Ali Cavan Akademiyanın birinci üzvü seçildi.
  • Avrasiya Akademiyasının İkinci Rəsmi Məclisi 2016-cı ildə 17 noyabrda keçirildi. Robert Hossein və Türkan Şoray Akademiyanın üzvləri seçildilər, “Avrasiya Əfsanəsi” mükafatı təltif olundular.