Get Adobe Flash player

Halil İnalcık (1916-2016)

Halil İnalcik photo

Halil Inalcık Osmanlı İmperiyası tarixinin əsas tədqiqatçılarından biridir. O, 1916-cı il sentyabrın 7-də İstanbulda anadan olmuşdur. Balıkesir Müəllim Məktəbini bitirdikdən sonra Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsinə (AUDTCF) daxil olmuş və 1940-cı ildə oranı bitirmişdir. 1942-ci ildə Türkiyədə sosial-iqtisadi tarix sahəsində ilk tədqiqatlardan olan “Tənzimat və Bulqar məsələsi” mövzusunda  dissertasiya müdafiə edərək, fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1942-ci il aprelin 28-də  AUDTCF-nin Yeni dövr kursuna assistent  təyin olunan İnalcık  1943-cü il dekabrın 15-də Vyanada “Böyük Ricat” Osmanlı İmperatorluğu və Krım Xanlığı” adlı tədqiqatı ilə dosent təyin olunmuşdur. Doktoranturadakı işindən  etibarən araşdırma və tədqiqatlarını Osmanlı İmperiyasının sosial və iqtisadi mövzularına istiqamətləndirən İnalcık İstanbuldakı Osmanlı arxivlərində və Bursadakı Şərriyyə Sicilləri üzərində geniş tədqiqatlar aparmışdır. 1947-ci ildə Türk Tarix Qurumu (TTQ) üzvlüyünə seçilmişdir. Seçdiyi sahədə  gərgin  işləyən İnalcık AUDTCF tərəfindən ixtisasını artırmaq üçün İngiltərəyə göndərilmiş  və Britaniya Muzeyində Türk dilindəki əlyazmalar üzərində çalışaraq, “Calendars of State Papers”  sərgisindən Osmanlı tarixinə aid qeydlər toplamışdır. Türkiyəyə qayıtdıqdan sonra 1952-ci il iyunun 2-də “Vyananın məğlubiyyəti illərində Osmanlı-Krım Xanlığı birliyi” adlı tədqiqatı ilə professor adı almışdır. O, Amerikanın müxtəlif universitetlərinə dəvət olunaraq, mühazirələr oxumuşdur. 1972-1993-cü illərdə Çikaqo Universitetində Osmanlı tarixindən dərs demişdir. 1994-cü ildə  Türkiyəyə qayıdaraq, hazırda dərs dediyi Bilkənt Universitetində tarix departamentini yaratmışdır. H. İnalcık müxtəlif beynəlxalq fondların üzvü və prezidenti olmuşdur. Tarix elmləri departamentində Serbiya Elm və İncəsənət Akademiyasının üzvüdür.

Mükafatları:

  • ·         İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzi Mükafatı (1986).
  • ·         Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Yüksək Xidmət medalı və diplomu (1991).
  • ·         Sedat Simavi Fondunun mükafatı (1993).
  • ·         İstanbul Universiteti Türkiyyat İnstitutunun mükafatı (1998).
  • ·         Türkiyə Respublikasının Mədəniyyət Nazirliyinın Mədəniyyət və İncəsənət böyük mükafatı (2002).
  • ·         “2002 Soranos Dostluq Mükafat”ı (2002)
  • ·         Macarıstan Respublikası Şərəf Nişanı (2006)
  • ·         Türkiyə Böyük Millət Məclisinin Fəxri Mükafatı (2008)

 

Şəxsi saytı:

www.inalcik.com

Müsahibələri:

http://www.trtturk.com/program/detay/halil-inalcik-ile-tarih-sohbetleri.html#arsiv997

Haqqında yazıları:

http://www.zaman.com.tr/kultur_tarihcilerin-kutbu-halil-inalcik-100-yasinda_2315061.html

https://tr.wikipedia.org/wiki/Halil_%C4%B0nalc%C4%B1k

http://www.frmtr.com/tarih-ve-inkilap-tarihi/3857965-halil-inalcik-hayati-ve-eserleri.html

http://dergiler.ankara.edu.tr/dergiler/19/1151/13532.pdf

https://tr.wikipedia.org/wiki/Tarih%C3%A7ilerin_Kutbu_%22Halil_%C4%B0nalc%C4%B1k_Kitab%C4%B1%22

http://www.biyografi.net/kisiayrinti.asp?kisiid=2161

Yazıları və kitabları:

http://www.bilgiuzmani.com/konu/halil-inalcik-eserleri-nelerdir.7565/

http://www.kitapdenizi.com/kitap/Halil-%C4%B0nalc%C4%B1k-kitaplari-yd144.aspx