Get Adobe Flash player

Lütfi Zadə

Lotfi Zadeh photograph

Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professorudur. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Fanya Koriman Ələsgərzadənin ailəsində dünyaya gəlib. O 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. 1944-cü ildəTehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. O, 1946-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.

Bu gün dünya elminə Lütfi Zadənin qeyri-səlist çoxluq, qeyri-səlist məntiq, qeyri-səlist hesablama kimi 6 mühüm nəzəriyyəsi məlumdur. Diskret zaman siqnal analizində çox işlənən z-çevirmə nəzəriyyəsini quran iki mütəxəssisdən biridir. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılmışdır.

Mükafatları:

·        Congress Award, International Congress on Applied Systems Research and Cybernetics, Acapulco, 1980.

·        Outstanding Paper Award, International Symposium on Multiple-Valued Logic, Winnipeg, 1984.

·        Premier Best Paper Award, 2nd Int’l Conference on Fuzzy Theory and Technology, Duke University, Durham, NC, 1993.

·        J.P. Wohl Career Acheivement Award of the IEEE Systems, Science and Cybernetics Society, 1997.

·        Richard E. Bellman Control Heritage Award, American Council on Automatic Control, 1998.

·        Information Science Award, Association for Intelligent Machinery, 1998. Scientific Contribution Memorial Award, Japanese Society of Fuzzy Theory (SOFT), 1999.

 

Haqqında yazılar:

https://az.wikipedia.org/wiki/L%C3%BCtfi_Zad%C9%99

http://www.anl.az/down/meqale/tezadlar/2012/fevral/230148.htm

http://meydan-plus.com/faktlar/266-masir-dvrn-eynteyni-nyutonu-adlandrlan-ltfi-zad-lotfi-zadeh.html

http://zadeh.narod.ru/

https://www.eecs.berkeley.edu/Faculty/Homepages/zadeh.html

http://www.cs.berkeley.edu/People/Faculty/Homepages/Archive/old.zadeh.html

“Dünya dahilərsiz yaşaya bilmir” — Möbəddin Səmədin kitabı

Haqqında film:

https://www.youtube.com/watch?v=54R3vbnDxTY

Yazıları:

http://www.cs.berkeley.edu/~zadeh/papers/Preface%20ACM-My%20Life%20and%20Work–A%20Retrospective%20View.pdf

http://ieeexplore.ieee.org/xpl/login.jsp?tp=&arnumber=493904&url=http%3A%2F%2Fieeexplore.ieee.org%2Fxpls%2Fabs_all.jsp%3Farnumber%3D493904

http://ieeexplore.ieee.org/xpl/login.jsp?tp=&arnumber=186834&url=http%3A%2F%2Fieeexplore.ieee.org%2Fxpls%2Fabs_all.jsp%3Farnumber%3D186834

http://www.sciencedirect.com/science/article/pii/0898122183900135

http://www.sciencedirect.com/science/article/pii/0020025575900171

Müsahibələri:

https://www.youtube.com/watch?v=T6b1TfPzIIU

https://www.youtube.com/watch?v=3zioELfWyk8

https://www.youtube.com/watch?v=2ScTwFCcXGo

https://www.youtube.com/watch?v=-e3zcPNNVh4

http://azer.com/aiweb/categories/magazine/24_folder/24_articles/24_fuzzylogic.html