Get Adobe Flash player

Arif Məlikov

Arif_Melikov1

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və1958-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfi üzrə konservatoriyanı bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. O, 1957-ci ildə «Nağıl» simfonik poemasını bəsdələmişdir. Konservatoriyanı bitirdikdən sonra bəstəkar ikinci simfonik poemasını – «Füzuli» bəsdələdi. Arif Məlikov 26 yaşında respublika Dövlət mükafatına layiq görülmüşdü. 1961-ci ilin yazında Leninqrad Dövlət Opera və Balet Teatrında bəstəkarın «Məhəbbət əfsanəsi» baleti tamaşaya qoyulmuşdur. Arif Məlikovun böyük türk şairi və dramaturqu Nazim Hikmətin «Məhəbbət əfsanəsi» pyesi əsasında bəstələdiyi eyniadlı baletlə yanaşı onun digər poeziyalarına da müraciət etmiş və onun şeirlərinə üç silsilə – 12 romans yazmışdır. Arif Məlikov 1986-cı ildə ikinci silsilə romanslarına görə Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Bəstəkarın 1969-cu ildə Leninqrad Dövlət Opera və Balet Teatrında «İkilikdə» («Bu torpaqda ikilikdə») adlı baleti tamaşaya qoyulmuşdu. Az keçmədi «İki ürək» baletini tamamladı. Arif Məlikov həmçinin «Torpağın səsi» kantatasını, «Dalğalar» operettasını, fleyta və orkestr üçün konsertini, bir sıra kamera instrumental əsərlərini, bədii filmlərə («Sehrli xalat», «26 Bakı komissarı», «Axırıncı aşırım» və s.), eləcə də dram teatrında səhnəyə qoyulmuş tamaşalara («Torpağa sancılan qılınc», «Atabəylər», «Natəvan» və b.) musiqilər yazmışdır. Dəyərli musiqi əsərləri yaradan və bununla da təkcə Azərbaycana deyil, bütövlükdə bəşər mədəniyyətinə fədakarcasına xidmət edən Arif Məlikov 50-yə yaxın mahnının müəllifidir. Onun bəsdələdiyi mahnıları xalq artistləri – Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqa məşhurlar ifa ediblər.

Mükafatları:

·Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1965).

·«Şərəf Nişanı» Ordeni (1971).

·Azərbaycan Respublikasının xalq artisti (1978).

·Azərbaycan Respublikasının Dövlət mükafatı laureate (1986).

·SSRİ xalq artisti (1986).

·”İstiqlal” ordeni (1998).

·Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).

·Xəzər Universitetinin fəxri doktoru (2012).

·”Heydər Əliyev” ordeni (2013).

Haqqında yazılar:

https://az.wikipedia.org/wiki/Arif_M%C9%99likov

http://azteatr.musigi-dunya.az/file?id=105&dt=1072

http://www.azadliq.info/14480.html

Haqqında videolar:

https://www.youtube.com/watch?v=q2bpZ4yusqQ

https://www.youtube.com/watch?v=llHc_noYTUw

Müsahibələri:

https://www.youtube.com/watch?v=fj_-jLwj2Y8

Əsərləri:

http://tv.qadin.net/index.php?newsid=35979

http://www.kinoman.az/az/movies/watch/1556/qerib-cinler-diyarinda-qerib-cinler-diyarinda-1977-dvdrip

http://tv.qadin.net/index.php?newsid=34904

http://tv.qadin.net/index.php?newsid=36010

https://www.youtube.com/watch?v=xAcvE_NSDVI

https://www.youtube.com/watch?v=9E9HFrL3sC8