Get Adobe Flash player

Hamlet İsaxanlı

homepage1

Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qardabani (keçmiş Qarayazı) rayonunun Kosalı kəndində anadan oldu. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə “Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda “Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.
O, öz karyerasını riyaziyyat üzrə tədqiqatlarla qurmuş və Azərbaycanın müxtəlif universitetlərində professor kimi işləmişdir. Təhsil islahatlarına böyük marağı olan Hamlet İsaxanlı 1991-ci ildə Xəzər universitetinin qurucusu oldu. Universitet Azərbaycanda və həmçinin indiki postsovet məkanında ilk özəl məktəb oldu. O, universitetin rektoru olmaqla yanaşı öz elmi fəaliyyətini də davam etdirirdi. 1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində Dünya məktəbini yaratdı. Dünya məktəbi 2009-cu il yanvarın 16-da beynəlxalq status almış, Beynəlxalq Bakalavr Təşkilatının (İnternational Baccalaurate Organization – IBO) akkreditasiyasını keçmişdir.

O, riyaziyyat, tarix, elmin tarixi, təhsil və mədəniyyət, təhsil siyasəti, tərcümə nəzəriyyəsi və tarixi, dil və ədəbiyyat üzrə yüzlərlə məqalənin, monoqrafiyanın və kitabların müəlifidir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunub və çap olunub. O, bir neçə elmi jurnalların banisi olub və hal-hazırda onlardan üçünün redaktorudur. Hamlet İsaxanlı müxtəlif beynəlxalq və milli təşkilatların idarə heyətinin üzvüdür. O, yazılarına, elmi fəaliyyətinə, təhsildə etdiyi islahatlara və ictimai fəaliyyətinə görə çoxlu mükafatlar alıb. O, televiza kanallarının birində “Elm üçbucağı” adlı verlişində müxtəlif mövzularda mühazirələr oxuyur.

Yazıları

Mükafatları:

  • Lоndоn Debret Еnsiklоpediyası “Who is who in the Former Soviet Union” (Keçmiş Sоvet İttifaqında tanınmış adamlar) (1994).
  • Еlm və təhsil sahəsindəki хidmətlərinə görə Yusif Мəmmədəliyev mükafatı laureate (1994).
  • «Qızıl Qələm» mükafatı laureatı. Pоeziya və bədii- publisistik yazı sahəsində uğurlarına görə (2004).
  • Rusiya Pedaqоji və sоsial elmlər Akademiyası (Моskva), həqiqi üzv (2005).
  • «Səməd Vurğun mükafatı» laureatı. Мaarifçilik, Мilli elmimizin tərəqqisi, Azərbaycan mədəniyyəti və ədəbiyyatı qarşısında хidmətlərinə görə (2005).
  • Fəxri doctor, Avro universitet, Tallinn, Estoniya (2008)
  •  “Cəfər Cabbarlı mükafatı” laureatı. Klassik və çağdaş Azərbaycan poeziyasının təbliğinə, çoxcildli “Azərbaycan Sevgi Poeziyası” kitabının tərtibinə görə (2010).
  • Milli “Xəzər” mükafatı laureatı – Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə və   beynəlxalq standartlara uyğun ali məktəb qurduğuna görə (2010)

Şəxsi saytı:

http://hisaxanli.org/

Haqqında yazılar:

http://modern.az/articles/28925/1/

https://az.wikipedia.org/wiki/Hamlet_%C4%B0saxanl%C4%B1

Müsahibələri:

http://az.trend.az/azerbaijan/society/1885150.html

http://modern.az/articles/35316/1/

Elm üçbucağı verilişi:

https://www.youtube.com/watch?v=tDwLxoCVpFA

https://www.youtube.com/watch?v=5jcNBtkkNxY