Get Adobe Flash player

Avrasiya əfsanəsi

Avrasiya Akademiyasına seçilən üzvlərə xüsusi hazırlanmış mükafat- “Avrasiya əfsanəsi” təqdim olunur.  

legend_last

Avrasiya Akademiyasının üzvlərinə verilən xüsusi dizayn olunmuş mükafat-kubok “Avrasiya Əfsanəsi” adlanır; elm, bilik, mədəniyyət, müdrikliyi, zamanı təmsil edən milli və müasir atributların vəhdətidir.

İki hissədən: şəfaff büllur dekorativ vazdan və yuxarıda sadalanan atributları əks etdirən qızılı metal başlıqdan ibarətdir.

Hündürlüyü 38 cm, eni 8 cm olan mükafatın metal hissəsi, vazanın üzərini örtən təsviri sənət rəmzi kimi palitraya sıxılmış boyaları xatırladan müxtəlif rəngli daşlarla bəzədilib. Onun üzərində elm və təhsilin simvolu kimi vərəqləri açılmış qanadlı kitab, musiqini təmsil edən cəng – lira təsvir edilib. Elementlərin hər birində milli ornamentlər işlənib. Qum saatı formasında hazırlanmış vazanın daxilində qızılı qum süzülür. Vazanın üzərində cızılmış butaların gəlimli – gedimli olması və yenidən təkrarlanması əbədiyyət rəmzi mənası kimi işlənib.