Get Adobe Flash player

Əli Cavan (1926-2016)

Ali Javan, Brazil, 1980İxtiraçı-fizik professor Əli Cavan kvant fizikası və spektroskopiya üzrə mütəxəssisdir, 1926-cı ildə Tehranda doğulmuşdur (Təbrizli-azərbaycanlı ailədə). Tehran universitetində ali təhsilə başlamış (1947), onu yarımçıq qoyub New York`a getmiş, 1949-cu ildən başlayaraq Columbia Universitetində üst səviyyəli müəyyən dərslərə qulaq asmış, 1954-cü ildə bakalavr və magistr dərəcələri olmadan birbaşa doktor (Ph.D) dərəcəsi almışdır. Orada Radiasiya laboratoriyasında çalışmış, 3-səviyyəli mazer  nəzəriyyəsi üzrə elmi uğurları sonrakı mühüm araşdırmalara yol açmışdır.

1958-ci ildə Bell laboratoriyasında işə girmiş, 1959-cu ildə Helium Neon lazer (HeNe laser) prinsipini aşkar etmiş (qazdan elektrik cərəyanı keçirib lazer işığı almış), 1960-cı ildə (12 dekabr, saat 16: 20) onu laboratoriyada sınaqdan keçirmişdir. İlk davamlı lazer işığı qaynağı yaratmaqla, qaz lazerini icad etməklə əsas İnternet texnologiyası sayılan lifli optik lazer telekommunikasiyasının əsası qoyulmuşdur.

1961-cı ildən MIT-də çalışmağa başlamış, bir sıra çox mühüm təcrübələr aparmış, optik elektronika sahəsində yeni effektlər aşkar etmiş, qeyri-adi dəqiqliklə çox mühüm təcrübələr və ölçmələr aparmış, çox böyük dəqiqliklə işıq sürətini hesablamışdır. Amerika Milli Elmlər Akademiyasının, Amerika Elm və Sənət Akademiyasının üzvüdür, bir çox nüfuzlu medal və fəxri adlara layiq görülmüşdür.

12 sentyabr 2016-cı ildə vəfat etmişdir.