Get Adobe Flash player

Müsabiqənin nəticələri

18099    1 İyun 15 sentyabr 2013-cü il tarixində keçirilmiş avrasiya hədiyyə kuboku eskiz və maket variantında təqdim edilmiş,müsabiqənin qalibi Afaq Kərimovadır. A.Kərimova  1985-ci ildən xalçaçı rəssam kimi əmək fəaliyyətinə başlamış,1995-ci  ilədək  Azərxalça İ.B.də baş rəssam,2004-cü ilədək AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində baş rəssam,şöbə müdiri  vəzifələrində çalışmışdır. 50-dən çox əsəri Azərbaycanın Dövlət muzeylərində, Dünya muzeylərində,ABŞ,Fransa,Türkiyə,İspaniya və şəxsi kolleksiyalarda saxlanılır.

      1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Xəzər Universitetində müəllimə və xalça muzeyinin müdiri kimi çalışır.

Xəbərlər

Maket və eskiz ilə təqdim edilmiş Avrasiya kubokunun hazırda müvafiq, seçilmiş istehsal müəssisəsində yekun hazıırlıq prosesi gedir.

    Kubok Avrasiya Akademiyasının (Avrasiya Akademiyasının üzvü H.İ-nin) şərtləri və tövsiyyəsi əsasında bilik, mədəniyyət, elm, müdriklik təmsil edən milli və müasir atrebutların vəhdətindən ibarət olmalı idi.

   Təqdim olunan eskiz və maketdən göründüyü kimi, kubok iki hissədən – şəffaf büllur dekorativ vazdan və yuxarıda sadalanan atrebutları əks etdirən qızılı metal başlıqdan ibarətdir.

   Ölçüləri hündürlüyü-38sm, en dm- 8 sm, 12 sm. olan kubokun metal hissəsi, vazanın üzərini örtən təsviri sənət rəmzi kimi palitraya sıxılmış boyaları xatırladan müxtəlif rəngli daşlarla bəzədilmişdir. Onun üzərində elm və təhsilin atrebutu kimi varaqları açılmış qanadlı kitab, musiqi aləminin simvolu kimi cəng-lira təsvir edilmişdir. Elementlərin hər birində bəzən stilizə olunmuş milli ornamentlər işlənmişdir.

   Qum saatı formasında hazırlanmış vazanın daxilində qızılı qum süzülür.

   Qum saatı funksiyasını daşıyan kubokun üzərində cızılmış butaların çərxi istiqamətdə gəlimli gedimli olması və yenidən təkrarlanması əbədiyyətin rəmzi mənası kimi işlənmişdir.